Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.
Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.
Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır.
***
Danışıqlarda Suriya məsələsi, o cümlədən Hələbdəki son durum, müzakirə olunub. Həmçinin mülki vətəndaşlara humanitar yardım məsələsinə də toxunulub.
Kremlin yaydığı məlumatda isə bildirilir ki, danışıqlarda Rusiya-Türkiyə münasibətləri, ikitərəfli əlaqələr müzakirə edilib. ( aznews.az )
İnterpress.az