Bunu İnterpress.az -ın Azərbaycanda “quş qripi” virusu varmı? sualına cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
Qurum sözçüsü İran Baytarlıq Təşkilatının Azərbaycanda “quş qripi” olması iddiasından da danışıb:
\”Yayılan məlumatlar əsassızdır. Biz bir dəfə “quş qripi” monitorinqini keçirmişik, hazırda ikinci monitorinqlər davam edir. Monitorinqləri biz apardığımız halda İran necə deyə bilər ki, Azərbaycanda “quş qripi” var? Bu, əsassız fikirləri özlərinı sığortalamaq üçün deyirlər. Əgər belə hal olsaydı, bu qədər insandan, KİV-dən necə gizlədərdik? Həmçinin onlar məlumat verərdi ki, filan təsərrüfatda xəstəlik var və biz də araşdırardıq. Bu baxımdan “quş qripi” xəstəliyi olmayan halda belə şayiə, ajiotaj yaratmağın mənası yoxdur”.
Gülşanə Mustafayeva
İntepress.az