İnterpress.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələlər hüquqla bağlı deyil.
Spikerin əsas səlahiyyəti gündəliklə bağlı məsələlər müzakirə edilərkən deputatı mövzu ətrafında danışmağa dəvət etməkdir. Daha çox vaxt və proseduralara əməl etmək məsələsidir. Spiker və deputatların hüquqları var:
“Deputat istənilən müsahibə də verə bilər, fikrini də ifadə edə bilər. Onun məsuliyyətini deputatın özü daşıyır. Parlamentdə deputatın dediyi hər hansı bir sözə görə spiker məsuliyyət daşımır. Qanunvericilikdə nəzərdə tutulan etik qaydalar var. Bu da parlamentdaxili prosedurada həll olunur. Deputatın hansısa bir mətbuat orqanına verdiyi müsahibəni spiker ancaq yoldaşlıq zəminində söyləyir\”.
Xatırladaq ki, sonuncu plenar iclasda Milli Məclisin spikeri Oqtay Əsədov Hadi Rəcəbliyə verdiyi müsahibələrinə görə, bundan öncəki iclaslarda isə Zahid Oruca müzakirə mövzusundan kənara çıxması ilə bağlı dəfələrlə irad tutub, tənqid etmişdir.
Gülşanə Mustafayeva
İnterpress.az