Türkiyədə 9 il əvvəl 13 polisin ölümü ilə nəticələnən terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İğdırda 9 il əvvəl Dilucu sərhəd qapısında vəzifəli 13 polisin ölümü ilə nəticələnən terror aktı ilə əlaqədar 8 nəfər həbs edilib.
Müəyyən edilib ki, şübhəli şəxslərdən biri partlayıcı maddələr üçün 5 ton gübrə tədarük edib.
Səhər saatlarında polis DEM partiyasının əyalət binasına gələrək axtarış aparıb.
Xatırladaq ki, 8 sentybar 2015-cildə səhər saatlarında PKK Türkiyə-Azərbaycan sərhədində çalışan polis əməkdaşlarının içərisində olduğu nəqliyyat vasitəsinə silahlı hücum edib.
Hücum İğdırın Aralıq qəsəbəsi ilə Hasanhan kəndi arasındakı yolda qeydə alınıb. Terror aktı nəticəsində 13 polis şəhid olub, çoxlu sayda yaralanan olub.
Xuraman Etibarlı
İnterpress.az