Ermənilər öz basdırdıqları minaya düşürlərbackend

Ermənilər öz basdırdıqları minaya düşürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın Tavuş bölgəsinin sərhəd zonasında mina partlayıb.

İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İcevan şəhər polisinin məlumatına görə, partlayış nəticəsində Tavuş rayonunun Azatamut kənd sakini, 59 yaşlı Nodar Mirzoyan  yaralanıb. Hadisə nəticəsində onun sağ ayağının bir hissəsi qopub.

Məlumata görə, Nodar Mirzoyan  Ermənistan-Azərbaycan sərhədində qulançar toplayarkən mina partlayıb.

 

İnterpress.az