Azərbaycan müstəqillik əldə etdikdən sonra xaricdə yaşayan soydaşlarımızı ölkənin maraqlarını müdafiəsi işinə cəlb etmək dövlətin qarşısında duran əsas vəzifələrədn biri idi. Diaspor anlayışı da məhz oradan qaynaqlanıb. Bu günə qədər Azərbaycan diasporunun dünyanın ayrı-ayrı ölkələrində olan nümayəndələri Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıblar.
2020-ci ildəki Tovuz döyüşləri və 44 günlük vətən müharibəsi dönəmində bunun bir daha şahidi olduq. Xaricdə yaşayan soydaşlarımız bir amal ətrafında birləşərək, Azərbaycan həqiqətlərini bütün dünyaya yaymağa çalışdılar.
Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müharibə dönəmində Diaspor Komitəsinin çox böyük işlər gördüyünü söyləyib:
“Hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər, alimlər Azərbaycan forumu təşkil edib, böyük tədbirlər keçirirdilər. Müharibə dönəmində də diaspor təşkilatları birləşərək, məqsədəuyğun addımlar atdılar. Azərbaycanın haqq mübarizəsini dünya ictimaiyyətinə çatdırdılar. Dünyanın hər bir yerində yaşayan soydaşlarımız bu mübarizədə fəal iştirak etdilər. Bir bayraq altında birləşdiklərinin şahidi olduq. Davamlı olaraq dünyanın bir çox ölkələrində konfranslar, tədbirlər keçirildi.
Diaspor Komitəsi təbii ki, bu işləri əlaqələndirirdi. Hətta pandemiya dönəmində xaricdən Azərbaycana gələ bilməyən vətəndaşlarımızın qayıtması istiüqmətində görülən işlərə şahidlik etdik.
Son illər xaricdəki azərbaycanlıların hüquqlarının qorunması istiqamətində ardıcıl atılır. Bunları yüksək qiymətləndirirəm. Hesab edirik ki, Diaspor Komitəsi müharibə və sonraki dövrdə çox böyük işlər gördü”.
“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat katibi, jurnalist Rey Kərimoğlu Diaspor Komitəsinin son illərdəki fəaliyyətində diqqət çəkən canlanmanın müsbət hadisə olduğunu vurğulayıb:
“Xaricdə yaşayan azərbaycanlılar Tovuz sonra daha böyük böyük işlər gördülər. Həmvətənlərimizi 44 günlük müharibə dövründə də kifayət qədər aktiv gördük. Məsələn, Los Ancelesdə erməni diasporu ilə qarşıdurma zamanı soydaşlarımızın necə mətinlik nümayiş etdimələrini yada salmaq olar. Həm təbliğat apardılar, həm də ordumuza maddi və mənəvi dəstək göstərdilər.
Diaspor Komitəsi də müəyyən işləri görmək üçün çalışdı. “Yaşat” marafonu təşkil olundu və s. Əvvəlki dövrlərə baxanda diaspor fəaliyyətində aktivlik var”.
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev deyib ki, xaricdə yaşayan vətən oğulları fəallığını daha artırmalıdırlar.
Onun sözlərinə görə, erməni lobbisi, erməni diasporu Azərbaycan əleyhinə gecə-gündüz çalışırsa, bizim dispor buna cavab vermək üçün yollar tapmalı, əks tərbirlər görmüəlidir. Çünki söhbət Vətən naminə çalışmaqdan gedir.
I Qarabağ müharibəsinin qazisi deyib ki, gün gələcək, xarici diasporlar Azərbaycan diasporu ilə hesablaşmalı olacaqlar.
İNTERPRESS.AZ