Fransa Azərbaycanlıları Koordinasiya Şurası Dövlət Komitəsini təbrik edibbackend

Fransa Azərbaycanlıları Koordinasiya Şurası Dövlət Komitəsini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradılmasının 19-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib.
Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan təbrik məktubunda bildirilib:
“Hörmətli Fuad müəllim! Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından Sizi və gülərüz, səbirli kollektivinizi bu önəmli hadisə münasibətilə ürəkdən təbrik edirik. Sizə bu çətin, lakin şərəfli fəaliyyətinizdə möhkəm və sarsılmaz olmağı arzulayırıq”.
Qeyd edilib ki, Vətən Müharibəsinə qədərki, müharibə ərzində və sonrakı dövrlərdə komitənin əməkdaşlarının əsl komanda ruhu və işi nümayiş etdirməsi Fransadakı soydaşlarımızı çox ruhlandırıb və Azərbaycanın haqlı səsinin ucaldılması naminə bütün gücünü səfərbər etməyə həvəsləndirib.
“Milli dəyərlərimizin xaricdə yaşayan diaspor nümayəndələrimiz arasında yaşadılması və mədəni irsimizin təbliğinə sərf etdiyiniz enerjinin müsbət qayıdışı göz qabağındadır. Birgə layihələrimizin uğurlu nəticələri var, amma görüləcək işlərimiz qarşıdadır. Odur ki, əməkdaşlığımızın Azərbaycanı daha güclü etməsi ümidi və arzusu ilə Sizə və əməkdaşlarınıza möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq”.

 

İNTERPRESS.AZ