Ahıska Türklərinin lideri MİLLİ QƏHRƏMANIN ANASININ VƏFATI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERDİbackend

Ahıska Türklərinin lideri MİLLİ QƏHRƏMANIN ANASININ VƏFATI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) sədri Ziyəddin Kassanov Azərbaycanın milli qəhrəmanı, “Topçu İsgəndər” kimi tanınan İsgəndər Aznaurovun anası Kamilə Mustafayevanın 86 yaşında İstanbulda vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

İnterpress.az xəbər verir ki, Kassanov bildirib: “Qəhrəman Kamilə anamızın vəfatı məni dərindən kədərləndirdi. Qəhrəman övlad dünyaya gətirmək hər anaya qismət olmur. Kamilə xanım ilə görüşəndə oğlu İsgəndərin uşaqlığı, gəncliyi haqqında qürurla danışırdı. Oğlunu Qarabağ savaşında itirdiyinə heç də peşman deyildi. Başqa övladları olsa, onları da Azərbaycan və Türkiyə üçün fəda etməyə hazır idi. Çox şükür ki, belə qoçaq analarımız var. Belə analarımızın sayəsində türklər iki min ildən artıq dünyanı idarə etdilər. Allah anamıza rəhmət eləsin, məkanı cənnət olsun! Nur içində yatsın! Bütün türk dünyasının, millətimizin və övladlarının başı sağ olsun! Allah ailəsinə, övladlarına səbr versin! Biz hər zaman İsgəndər Aznaurovun ailəsinin yanındayıq”.