Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir.
Bu sözləri İnterpres.az-a açıqlamasında bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.
ÜBu bir daha onu göstərir ki, nəyi, necə və nə vaxt edəcəyini Ali Baş Komandan çox gözəl bilir. Mən bu əminliyə uzun illər işğal altında olan torpaqlarımızın azadlığından sonra yiyələnmişəm.
Ali Baş Komandanın sərkərdəliyi ilə düşmən tapdağında olan müqəddəs torpaqlarımızı 44 günə azad edən Azərbaycan Ordusu artıq dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusunun bu qədər güclü olması isə yalnız Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində mümkün olub. Azərbaycan Prezident İlham Əliyevin imzası olan hər bir sənədə, bəyanata, qərara sadiqdir. Ona görə də hər kəs – özünü lider adlandıran hər bir kəs öz imzasına hörmət etməlidir. Azərbaycanın imzası olduğu kimi, ordusu da, gücü də, qüvvəsi də və dəmir yumruğu da var. Qələmin mürəkkəbi ilə anlamayanlar silahın qanı ilə anlamağa məcbur olacaqlar”, – o əlavə edib.