Mağazada böyük İZDİHAM: Ziyarətçinin ayaq barmaqları QIRILDIbackend

Mağazada böyük İZDİHAM: Ziyarətçinin ayaq barmaqları QIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başakşehirdə mağazada böyük izdihamda ziyarətçilərdən birinin ayaq barmaqları qırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İyunun 29-da İstanbulun Başakşehir səmtindəki bir mağazada izdiham yaşanıb. Satış məntəqəsinin sahibləri “100 lirəyə istənilən məhsul” adlı aksiya keçirib, izdihamı cəlb edib.

Onlar uzun müddət qapıda dayanıb mağazanın açılmasını gözləyiblər, buna görə də içəri buraxılanda böyük sıxıntı yaranıb.

Alış-veriş edənlərin bəziləri huşunu itirib, bəziləri xəsarət alıb, bəziləri isə övladlarını izdihamın arasında itirib.

İzdiham zamanı qadınlardan birinin ayağının bir neçə barmağı sınıb. Nəticədə ona gips qoyulub.

Xuraman Etibarlı

İnterpress.az