Paşinyan ermənilərin diaspordakı siyasi fəallığını cilovlamaq istəyir – Erməni mediasıbackend

Paşinyan ermənilərin diaspordakı siyasi fəallığını cilovlamaq istəyir – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan ermənilərin diaspordakı siyasi fəallığını cilovlamaq istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bu agentliyin yeni direktoru Andranik Simonyanı təqdim edərkən bildirib.

“Ölkəmizdə elə hallar var ki, biz onlara daim dözürük və dünyanın heç bir ölkəsində görməyəcəksiniz.

Məsələn, Ermənistan vətəndaşlığı olmayan şəxslər (başqa dövlətlərin vətəndaşlığı olan diaspora ermənilərini nəzərdə tutur) Ermənistan Respublikasında siyasi fəaliyyət göstərə, ən radikal fikirləri ifadə edə bilər.

Bizdə mexanizmlər olmalıdır, lazım gələrsə, bu cür hallara əsaslı reaksiya verməliyik, qanunvericilikdə lazımi tədbirlər görməliyik”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az