Hindistanın qərbində “Boeing” təyyarəsinin qəzaya uğramasına səbəb təxribat aktı ola bilərdi.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya naziri Murlidhar Mohol məlumat verib.
Hindistan hakimiyyəti 275 nəfərin ölümü ilə nəticələnən Əhmədabad yaxınlığında Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi kimi təxribatı nəzərdən keçirir.
“İndi istintaq orqanları qəzaya uğramış təyyarənin qara qutularından olan məlumatları diqqətlə öyrənir və fəlakətin səbəbləri ilə bağlı bütün versiyaları, o cümlədən mümkün təxribat aktını nəzərə alır”, – məlumatda bildirilir.
Onun sözlərinə görə, məhz araşdırmanın nəticələri təyyarənin hər iki mühərrikinin havaya qalxdıqdan bir neçə saniyə sonra qəfil dayanmasının səbəbini aydınlaşdırmağa kömək edəcək ki, nazirin dediyi kimi, əvvəllər analoji insidentlərdə belə hal baş verməyib.
Xuraman Etibarlı
İnterpress.az