Həbib Çempionlar Liqasının finalından sonra teleaparıcı ilə əl sıxmaqdan imtina edib.
İnterpress.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Həbib Nurməhəmmədov Çempionlar Liqasının finalından sonra CBS Sports-un aparıcısı Skottun uzadılmış əlini sıxmayıb.
Döyüşçü hamının əlini sıxıb, lakin o, aparıcı Keyt Skota məhəl qoymayıb.
İnternet bunun Həbibin dininə görə olduğuna inanır. İslamda yad qadınlara toxunmaq qadağandır.
“Arena Münhen” stadionunda keçirilən qarşılaşma 5:0 hesabı ilə başa çatıb.
Beləliklə, PSJ ilk dəfə Çempionlar Liqasının qalibi olub və titul qazanan ikinci Fransa komandası olub.
İlk klub 1993-cü ildə “Milan”ı məğlub edən “Marsel” olub.
Xuraman Etibarlı
İnterpress.az