ChatGPT işə salındıqdan sonra Böyük Britaniyada iş yerləri üç dəfə azalıb – “The Times”backend

ChatGPT işə salındıqdan sonra Böyük Britaniyada iş yerləri üç dəfə azalıb – “The Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ChatGPT işə salındıqdan sonra Böyük Britaniyada iş yerləri üç dəfə azalıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilir ki, ChatGPT işə salındıqdan sonra Böyük Britaniyada giriş səviyyəsindəki iş yerləri demək olar ki, üçdə bir azalıb – 31,9%.

Adzuna iş axtarışı saytının analitiklərinin fikrincə, ən pis vəziyyət pərakəndə satış (-78%), logistika, inzibati sektor, İT (-55%) və maliyyə (-51%) sahələrindədir. Səbəb isə AI-nin aktiv şəkildə tətbiqi, maaşlara qənaət və vergilərin artmasıdır.

Anthropic rəhbərinin daha əvvəl bildirdiyi kimi, süni intellekt yaxın 5 il ərzində giriş səviyyəli ofis vəzifələrinin yarısını “öldürə” bilər.

Xuraman Etibarlı

İnterpress.az