Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş ailələrə aylıq 250 dollar yardım edəcəkbackend

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş ailələrə aylıq 250 dollar yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il ərzində ayda 250 dollar paylamağı planlaşdırdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Büdcədən məsul nazir müavini Fevzi Lakca, yerli mətbuata verdiyi açıqlamada, hökumətin bu aydan etibarən zəlzələdən zərər çəkmiş hər ailəyə bir il ərzində ayda 2 min 500 dirhəm (250 dollar) paylamaq niyyətində olduğunu bildirib.

Lacka zəlzələdə evləri dağılan evlərin sahiblərinə 140 min dirhəm (təxminən 14 min dollar), qismən zədələnmiş evlərin bərpası üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) veriləcəyini bildirib. və zəlzələdən zərər çəkənlər üçün ayrılan büdcənin təxminən 8 milyard dirhəm (təxminən 800 min dollar) olduğunu qeyd edib.

Bölgələrdəki əhalinin üçdə ikisinə bərabər olan ölkədə 2,8 milyon insanın zəlzələdən zərər çəkdiyini paylaşan Lacka, dağılan evlərin sayının 32 faizinin tamamilə, digərlərinin isə 59 min 675-ə çatdığını bildirib.

Sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub. Zəlzələdə 3 minə yaxın insanın öldüyü, 6 min 125 nəfərin yaralandığı açıqlanıb.