KİV: HƏMAS humanitar yardım müqabilində 15-ə qədər girovu azad etməyə hazırdırbackend

KİV: HƏMAS humanitar yardım müqabilində 15-ə qədər girovu azad etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına humanitar yardımın çatdırılmasına və əsirlərin çıxarılmasına icazə verilməsi üçün hərbi əməliyyatların üçgünlük dayandırılması müqabilində 15-ə qədər girovun azad edilməsi ilə bağlı danışıqlar aparır.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, razılaşmaya silahlıların əlində olan bir neçə amerikalı da daxildir. Lakin azad ediləcək girovların dəqiq sayı hələ də müzakirə mövzusu olaraq qalır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün də iştirak etdiyi danışıqlar Qətərin vasitəçiliyi ilə aparılıb.

İlkin məlumata görə, HƏMAS və digər fələstinli qruplaşmaların əlində 240-dan çox girov var.