Rusiya və Misir prezidentləri arasında gizli danışıqlar aparılıbbackend

Rusiya və Misir prezidentləri arasında gizli danışıqlar aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qahirədə çərşənbə axşamı “əl-Kobba” sarayında Misir prezidenti Abdel Fattah el-Sisi ilə Putin arasında bağlı qapılar arxasında görüş keçirilib.

Bu səfər çərçivəsində tərəflər arasında bir neçə mühüm sənədin imzalanacağı gözlənilir. Daha sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

Rusiya prezidentini müşayiət edən nazirlər də öz yerli həmkarları ilə görüşlər keçiriblər.

Qeyd olunur ki, Misir prezidenti Abdel Fattah el-Sisi Qahirə Beynəlxalq Hava Limanında yüksək səviyyəli qonaqları bazar ertəsi axşam şəxsən qarşılayıb.

A banner displaying the portrait of Russian President Vladimir Putin and a welcome message is seen erected on Cairo\’s landmark Qasr al-Nil bridge. (AFP/File)

Səfər ərəfəsində Misirin “al-Ahram daily” qəzetinə müsahibə verən Vladimir Putin bildirmişdi ki, iki ölkə arasında ticarət mübadiləsi dollarla deyil, məhz yerli valyuta ilə həyata keçirilə bilər. Rusiya prezidenti deyib ki, hazırda iki ölkə arasında ticarətin həcmi 4.5 milyard dollardır. Bu, 2013-cü illə müqayisədə 50 faiz çoxdur.

Sayt onu da bildirir ki, Rusiya Abdel Fattah el-Sisini müdafiə edən qeyri-ərəb ölkələri arasında öndə gedir. Rusiya Abdel Fattah el-Sisini prezident kimi təbrik edən ilk ölkələr sırasında idi.

Abdel Fattah el-Sisi isə sabiq prezident Məhəmməd Mursi devrildikdən dərhal sonra Moskvaya səfər etmişdi.

2014-cü ildə o, prezident seçildikdən sonra – avqust ayında Avropada da səfərdə olmuşdu.

İnterpress.az