Moskvada bloqer mağazada siqaret mübahisəsinə görə vəhşicəsinə döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada instaqram bloqeri və texno-dicey Oksana Zima “Krasnoye i Beloe” mağazasında siqaretlərlə bağlı mübahisə zamanı döyüldüyünü bildirib.
Onun sözlərinə görə, satıcı səhv siqaret vurub və məhsulu dəyişməkdən imtina edib.
Daha sonra satıcının ona arxadan zərbə endirdiyini iddia edən Zima kassirin üzünü cızdığını, bundan sonra isə satıcının onu boğaraq mağazadan bayıra atdığını deyib.
Hadisə zamanı onun azyaşlı övladının da yanında olduğu bildirilir.
Satıcı isə mübahisənin başqa cür baş verdiyini bildirib. Onun sözlərinə görə, müştəri böyük qalmaqal yaradıb və təhqirlərdən sonra onu itələyib.
Bundan sonra Zima onun üzünü cızıb. Daha sonra bloqerin əri mağazaya gələrək satıcıya zərbə vurub və hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı hər iki tərəf polisə ərizə yazıb. Mağazanın rəhbərliyinin isə satıcıdan öz ərizəsi ilə işdən çıxmasını istədiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






