Rostov-na-Donuda “kölə” videosu çəkən əcnəbi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
30 yaşlı tələbə-miqrant həyat yoldaşı ilə birlikdə qurama video çəkib. Videoda qadın kişilərin ayaqqabılarını təmizləyib, müəllif isə bunu qaradərililərin köləlik illərinə görə ağdərililərdən qisas alması kimi təqdim edib.
Daha sonra bloqer paylaşımın yumoristik reklam xarakterli olduğunu bildirib.
Onun şəxsiyyəti DİN və FTX əməkdaşları tərəfindən müəyyən edilib.
Kişi region sakinlərindən üzr istəyib, hazırda polis araşdırma aparır.
Xuraman Etibarlı
İnterpress.az






