Tənzilə Rüstəmxanlı növbəti vətəndaş qəbulunu keçirib – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı növbəti vətəndaş qəbulunu keçirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 sentyabr 2026-cı il tarixində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala rayon sakinləri ilə online vətəndaş qəbulu keçirib.

Tenzilerustemhanli.az xəbər verir ki, qəbul zamanı deputat M.Ə.Sabir küçəsində, Qaravəlli massivi kimi tanınan yaşayış ərazisinin qazlaşdırılması ilə bağlı son günlərdə “Azəriqaz”, aidiyyəti əmlak qurumları və digər məsul tərəflərlə aparılan müzakirələr barədə məlumat verib.

Bildirilib ki, qaz xəttinin çəkilməsi ilə bağlı məsələlər diqqətdə saxlanılır və işlərin təşkili istiqamətində müvafiq tədbirlər görülür.

Sakinlər, həmçinin yolların asfaltlanması, işıq xəttindəki nasazlıqlar, məşğulluq və sosial müavinətlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.

Deputat hər bir müraciəti dinləyərək qaldırılan məsələlərin aidiyyəti dövlət qurumları qarşısında qaldırılacağını və nəticələrinin diqqətdə saxlanılacağını bildirib.