Tramp Si Cinpinin qarşılanması zamanı B-1B bombardmançısının səsindən diksinib.
İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında qarşılanma mərasimində B-1B bombardmançı təyyarələrinin uçuşu zamanı üz ifadəsi ilə reaksiyası ilə diqqət çəkib.
Görüntülərdə Trampın təyyarələrin gurultusu zamanı diksindiyi və başını çevirdiyi görünür.
Mərasim çərçivəsində iki B-1 bombardmançısı ilə yanaşı F-16 və F-22 qırıcılarının da uçuşu təşkil edilib.
Si Cinpinin isə təyyarələrin uçuşu zamanı daha sakit reaksiya verdiyi bildirilib.
Xuraman Etibarlı
İnterpress.az






