Belarusda bütöv kənd cəmi 175 manata SATILIR – FOTObackend

Belarusda bütöv kənd cəmi 175 manata SATILIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda bütöv bir kənd 315 rubla satışa çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.

Şuçin yaxınlığındakı Dolqaya kəndində 7 evin cəmi 315 Belarus rubluna (təxminən 175 man) satışa çıxarıldığı bildirilir.

Hər evin qiyməti 45 rubl (təxm. 25 man) təşkil edir.

Sahəsi 40-80 kvadratmetr arasında dəyişən evlərin hər birinin ayrıca torpaq sahəsi və təsərrüfatı olduğu qeyd edilir. Kəndin yaxınlığında çay və meşə yerləşir.

Dolqaya kəndi Minskdən təxminən 200 kilometr məsafədə yerləşir. Məlumata görə, evləri istənilən şəxs ala bilər.

Xuraman Etibarlı

İnterpress.az