Ermənistanda polis əməkdaşı və daha bir şəxs istintaqçılarla bağlı iş üzrə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Polis əməkdaşı Sargis Baqratunyan və daha bir şəxs İrəvanda istintaqçılar və polis əməkdaşının iştirakı ilə baş verən insidentlə bağlı cinayət işi üzrə həbs edilib.
Vəkil Vaagn Martirosyanın sözlərinə görə, Baqratunyan iki ay müddətinə həbs olunub. Müdafiə tərəfi onun ittihamla əlaqəsinin olmadığını bildirir.
İş üzrə ümumilikdə yeddi nəfər təqsirləndirilən şəxs qismində keçir. Onların arasında iki istintaqçı və bir polis əməkdaşı var.
İstintaqçılar fiziki təsir göstərməkdə, polis əməkdaşı isə xuliqanlıqda ittiham olunur.
Bütün təqsirləndirilən şəxslər barəsində ölkədən çıxış qadağası tətbiq edilib.
Daha əvvəl Baqratunyanın istintaqçılar tərəfindən döyüldüyü barədə məlumat yayılsa da, İstintaq Komitəsi bunu təkzib edib.
Xuraman Etibarlı
İnterpress.az






