Bitget-də milyonlarla dollarlıq mümkün KİBERHÜCUM ŞÜBHƏSİ – FOTObackend

Bitget-də milyonlarla dollarlıq mümkün KİBERHÜCUM ŞÜBHƏSİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bitget kriptovalyuta birjasının 170 milyon dollardan çox vəsait itirdiyi iddia olunur.

İnterpress.az xəbər verir ki, bu barədə analitiklər məlumat yayıb.

Blokçeyn məlumatlarını təhlil edən mütəxəssislər Bitget ilə əlaqəli bir neçə kriptovalyuta cüzdanından 170 milyon dollardan (təxminən 289 milyon manat) çox vəsaitin naməlum ünvana köçürüldüyünü bildiriblər.

Vəsaitlərin bir hissəsinin Ethereum-a çevrildiyi qeyd olunur.

Kriptovalyuta birjası Bitget haker hücumuna məruz qaldığını rəsmən təsdiqləyib və ilkin təxminlərdən fərqli olaraq, ümumi zərərin məbləği 351,6 milyon dollar təşkil edib.

Bununla yanaşı, bəzi istifadəçilər platformadan vəsait çıxarışında problem yarandığını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az