Ukrayna sərhəd keçidlərini qonşu ölkələrə köçürməyi PLANLAŞDIRIRbackend

Ukrayna sərhəd keçidlərini qonşu ölkələrə köçürməyi PLANLAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna sərhəd keçid məntəqələrinin bir hissəsini qonşu ölkələrə köçürmək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Bərpa və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Ukrayna Rusiya zərbələri səbəbindən sərhəd keçid məntəqələrinin bir hissəsinin qonşu ölkələrin ərazisində yaradılmasını təklif edir.

Kiyev bu məqsədlə bütün qonşu dövlətlərlə onların ərazisində birgə keçid məntəqələrinin yaradılması barədə danışıqlar aparır.

Nazirliyin məlumatına görə, belə bir model Polşa və Moldova ilə qismən tətbiq olunur. Məqsəd sərhəd infrastrukturunu qorumaq, logistikanın fasiləsizliyini təmin etmək, həmçinin gömrük və sərhəd nəzarətinin keçirilməsini sürətləndirməkdir.

Sentyabrda Ukraynanın sərhəd infrastrukturuna bir neçə zərbə endirilib. Həmçinin sentyabrın 24-də Rusiya zərbələri səbəbindən Polşa Ukrayna ilə sərhəddə iki keçid məntəqəsini müvəqqəti təxliyə edib.

Xuraman Etibarlı

İnterpress.az