İrlandiya parlamenti İsrail səfirinin ölkədən çıxarılması təklifini rədd edibbackend

İrlandiya parlamenti İsrail səfirinin ölkədən çıxarılması təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiya parlamentinin aşağı palatası Daildə İsrailin Dublindəki səfiri Dana Erlixin deportasiyası təklifi rədd edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ölkə mətbuatında yer alan xəbərə görə, İsrail səfirinin deportasiyası tələbi ilə bağlı təklifə səsvermə keçirilib.

Sosial Demokratların təqdim etdiyi təklifdə İsrail səfiri Erlixin diplomatik səlahiyyətlərinin ləğvi də daxil olmaqla, İsrailə qarşı bir sıra iqtisadi və diplomatik sanksiyaların tətbiqi tələb olunur.

“Aİ liderləri nə vaxt insanlıqlarını itirdilər?”

Sosial Demokratların lideri Holly Cairns təklifi təqdim edərkən aşağıdakı bəyanatı verib:

“Aİ liderləri nə vaxt insanlıqlarını itiriblər? Aİ-nin indiki mövqeyi ondan ibarətdir ki, biz bombardmana bir neçə saatlıq fasilə verilməsini istəyirik və sonra etnik təmizləmə davam edə bilər. Mən bu bəyanatı rədd edirəm. Bunu yazanlar qorxaqdırlar və onların mövqeyi belədir.”

Hökumətin əks təklifi qəbul edilib

Digər tərəfdən, İrlandiya Ədliyyə Nazirliyinin dövlət naziri James Browne, hökumətin təklif etdiyi və sanksiyalar çağırışlarını aradan qaldıran əks düzəlişlə bağlı açıqlamalar verib.

Browne, İrlandiyanın İsraillə diplomatik münasibətləri davam etdirməsinin “həyati vacib” olduğunu müdafiə etdi və İsrail səfirinin deportasiya ediləcəyi təqdirdə ölkəsinin beynəlxalq ictimaiyyətin sərhədlərinə sıxışdırılacağı ilə bağlı xəbərdarlıq edib.

Cairns nazir Brauna cavab olaraq İrlandiya xalqının Qəzzada törədilən qətliamlardan iyrəndiyini bildirib.

Hökumətin düzəliş təklifi 55 əleyhinə 85 səslə qəbul edilib.

Bundan əlavə, İrlandiyanın İsraili Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) verməsini tələb edən başqa bir təklif 58 əleyhinə 77 səslə rədd edilib.

Paytaxt Dublində parlament binası qarşısında etiraz aksiyası keçirən yüzlərlə insan İsrail səfirinin İrlandiyadan deportasiya edilməsini tələb edib və Fələstin bayraqları ilə atəşkəs çağırıb.