Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel İsrailin Qəzzaya hücumlarından qaçaraq ölkənin cənubundakı Rəfah şəhərinə sığınan 1,3 milyon insanın gedəcək təhlükəsiz yerlərinin olmadığını və qorunmağa ehtiyacı olduğunu bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin hücumları ilə bağlı Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində baş verən humanitar böhranla bağlı o, açıqlama verib.
Dünyanın ən sıx məskunlaşdığı yerlərdən biri olan Rəfahın uşaq və ailələrlə dolu olduğunu bildirən Rassel buradakı insanların bir qisminin dəfələrlə köçkün düşdüyünü vurğulayıb: “1 milyon 300 min dinc sakin küncə sıxışdırılıb, küçələrdə və sığınacaqlarda yaşayır. Onların qorunması lazımdır. Onların gedəcəkləri təhlükəsiz yerləri yoxdur”.
Yazıda səs yazısı da yer alan UNICEF-in xüsusi nümayəndəsi Lucia Elmi, hücumlardan qaçanların təhlükəsiz yer axtarmaq üçün Rəfaha axışdıqlarını, insanların küçələri dolduraraq boş yer olan yerdə müvəqqəti çadırlar qurmağa çalışdıqlarını bildirib.
“Hər yerdə uşaqlar var. Çoxlarının paltarı çox azdır. Ayaqyalındırlar. Mən humanitar yardım işçisi kimi həyatımda belə bir şey görməmişəm. İnsanlar çarəsizdir”, – Elmi deyib.