Çin Apple şirkətini WhatsApp və Telegram-ı silməyə MƏCBUR ETDİbackend

Çin Apple şirkətini WhatsApp və Telegram-ı silməyə MƏCBUR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apple şirkəti Telegram, WhatsApp, Threads və Signal proqramlarını Çin Tətbiq Mağazasından silib.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal (WSJ) yayıb. Nəşr bildirir ki, Apple şirkəti App Store-un Çin regionundan populyar ani mesajlaşma proqramlarını və sosial şəbəkələri silib.

Bunlara Telegram, WhatsApp, Signal, Threads və Line daxildir.

Məlumata görə, şirkət əvvəlcə bu qərarın əleyhinə olub, lakin Amerika korporasiyasının son qərarına ÇXR hökuməti təsir edib.

“Biz milli təhlükəsizlik narahatlığına əsaslanaraq bu proqramları Asiya ölkəsindəki onlayn mağazadan silmək qərarına gəldik. Razı olmasaq belə, fəaliyyət göstərdiyimiz ölkələrin qanunlarına riayət etməyi tələb edirik.”, – deyə şirkət izah edib.

Çinin Kiberməkan İdarəsi milli təhlükəsizlik təhdidini əsas gətirərək bu proqramların Çinin vitrinindən çıxarılmasına göstəriş verib.

WeChat indi Çində praktiki olaraq yeganə ünsiyyət yoludur. Xarici jurnalistlərə müsahibə verən ekspertlər hesab edirlər ki, xarici xidmətlərin Çindən çıxarılması Çin vətəndaşlarının dünyanın qalan hissəsindən əlaqəsinin kəsilməsinə səbəb olacaq.

Qeyd edək ki, Xarici xidmətlərin Çin regionundan çıxarılması ABŞ-ın Çin TikTok-a qarşı mübarizə apardığı, Amerika vətəndaşlarının müşahidəsi səbəbindən şaquli video xidmətinin bloklanmasını tələb etdiyi bir vaxta təsadüf edir.

Xuraman Etibarlı

İnterpress.az