Hindistanın Mumbay şəhərində pis hava səbəbindən nəhəng reklam lövhəsi uçub, azı 54 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb. Bildirilir ki, Mumbayın Ghatkopar bölgəsində reklam lövhəsinin uçması nəticəsində azı 4 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Reklam lövhəsi toz fırtınası və yağış zamanı düşüb. Sosial şəbəkələrdə yayılan videolarda strukturun insanların və yaxınlıqdakı avtomobillərin üzərinə düşdüyü görünür.
İlkin məlumatlara görə, daha 100-ə yaxın insan yıxılan lövhənin altında ola bilər.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Xuraman Etibarlı
İnterpress.az