Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstanda yenidən İŞƏ BAŞLADIbackend

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstanda yenidən İŞƏ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstanda yenidən işə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

İndi Rusiya Federasiyasında yaşayan Gürcüstan vətəndaşları yenidən respublikaya köçürmələr edə biləcəklər.

“Unistream” ödəniş sistemi 2023-cü ilin avqust ayından etibarən Qərbin sanksiyaları səbəbindən Gürcüstan da daxil olmaqla beynəlxalq köçürmələri dayandırıb.

Xuraman Etibarlı

İnterpress.az