İsrail ordusu HƏMAS-ın komandirlərindən birini öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah, sursat və nağd pulun çatdırılmasına cavabdeh olan yüksək rütbəli təchizat rəsmisi Əzmi Əbu-Dakı məhv edib.
Bundan əlavə, hava zərbələri zamanı HƏMAS-ın taktiki bölmələrinin iki komandiri öldürülüb.
Hərbçilərə görə, məhv edilən radikallar sektorun cənubunda Rəfah bölgəsində İsrail Müdafiə Qüvvələrinə qarşı hücum hazırlayırdılar.
Xuraman Etibarlı
İnterpress.az