Panamada zəlzələ nəticəsində 420-yə yaxın təhsil müəssisəsinə ziyan dəyib.
İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
Məlumata görə, Panamada baş verən zəlzələ nəticəsində təxminən 420 təhsil müəssisəsi zərər görüb. Təhlükəsizlik səbəbindən tədris prosesi dayandırılıb.
UNICEF-in məlumatına əsasən, zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az






