Peskov Azərbaycanda saxlanılan rusiyalılarla bağlı AÇIQLAMA VERDİbackend

Peskov Azərbaycanda saxlanılan rusiyalılarla bağlı AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin və Əliyev saxlanılan 11 Rusiya vətəndaşının məsələsini müzakirə etməyiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda saxlanılan və hazırda ölkədə tutulan 11 Rusiya vətəndaşının məsələsi MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında müzakirə olunmayıb.

Peskov qeyd edib ki, Moskva və Bakı bu məsələ ilə bağlı təmasları davam etdirir. O, problemin yaxın vaxtlarda həll olunacağına səmimi ümid etdiklərini bildirib.

Mətbuat katibinin sözlərinə görə, saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi məsələsi Rusiya Xarici İşlər Nazirliyinin azərbaycanlı həmkarları ilə apardığı danışıqların gündəliyindədir.

Xuraman Etibarlı

İnterpress.az