Yaponiyada qatarların işıqları söndürülür, sürəti isə iki dəfə azaldılıb – səbəb payız mənzərələridir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaponiyanın Kioto şəhərində sərnişinlərin payız mənzərələrindən daha yaxşı zövq alması üçün qatarlarda işıqlar söndürülür, hərəkət sürəti isə iki dəfə azaldılır.
Oktyabr və noyabr aylarında İçihara və Ninose stansiyaları arasındakı dəmir yolu xəttində sərnişinlər qatarın pəncərəsindən ağacların qırmızı və qızılı rəngə boyanmış yarpaqlarını seyr edə biləcəklər.
Bu addım sərnişinlərə Yaponiyanın payız mənzərələrini daha rahat izləmək imkanı yaratmaq məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






