“Müharibə olmayacaq, insanları qorxutmayın, danışıqlar olacaq” – Samvel Babayanbackend

“Müharibə olmayacaq, insanları qorxutmayın, danışıqlar olacaq” – Samvel Babayan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Camaat, müharibə olmayacaq, insanları qorxutmayın”.

İnterpress.az xəbər verir ki, bunu özünü buraxmış separatçı qurumun “müdafiə ordusu”nun keçmiş komandiri, Xocalı qatili Samvel Babayan “A1+” telekanalının “Müsahibə” proqramında deyib.

“Hər səhər durub deyirik: bax, bu kəndləri verməsək, müharibə olacaq, sonra deyirik: bu təpədən əl çəkməsək, müharibə olacaq.

Ay camaat, sizə deyirəm, müharibə olmayacaq, bu insanları qorxutmayın. Müharibə yoxdur. Heç nə olmayacaq, danışıqlar olacaq.

Məncə, 1925-26-cı illərin xəritəsi ilə getməliyik. Əgər bu yol Azərbaycan, Türkiyə və Qərb üçün bu qədər önəmlidirsə və Rusiya deyirsə ki, indiki mərhələdə mənə uyğundur, gəlin onu tikək, onlara verək və bu problemi həll edək”, – Samvel Babayan bildirib.

Xuraman Etibarlı

İnterpress.az