Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini avtomobilindən 20 min manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
İnterpress.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.