Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar götürülübbackend

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

İnterpress.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.