Moskva vilayətində An-2 təyyarəsi qəzaya uğrayıb, ekipaj həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Moskva vilayətində An-2 təyyarəsi qəzaya uğrayıb, ekipaj həlak olub.
Təyyarə Ruza şəhərinin Vatulino kəndi yaxınlığındakı aerodrom yaxınlığında sınaq uçuşu həyata keçirib. Ehtimal olunur ki, pilot və onun köməkçisi həlak olub.
Təyyarə yerli paraşüt klubu tərəfindən istifadə edilib. Qəza yerində təcili yardım xidmətləri işləyir.
Xuraman Etibarlı
İnterpress.az