BRICS-də iştirak Ermənistanın regional əlaqələrini gücləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün lazımdır.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Simonyan deyib.
Eyni zamanda o qeyd edib ki, bu yanaşma Aİ ilə münasibətlərin inkişafına zidd deyil.
“Ermənistan ifrata varmaqdan çəkinməli və öz milli maraqları, iqtisadi və mədəni prioritetləri əsasında hərəkət etməlidir”, – o vurğulayıb.
BRİKS dövlətlərarası birlikdir, 5 dövlətin birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.
24 avqust 2023-cü ildə İran, BƏƏ, Misir, Efiopiya və Səudiyyə Ərəbistanı da assosiasiyaya qoşulub.
Xuraman Etibarlı
İnterpress.az