Ukrayna Rusiyaya qarşı əməliyyatlara “Həyat Təhrir əş-Şam” yaraqlılarını CƏLB EDİRbackend

Ukrayna Rusiyaya qarşı əməliyyatlara “Həyat Təhrir əş-Şam” yaraqlılarını CƏLB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyaya qarşı əməliyyatlara “Həyat Təhrir əş-Şam” yaraqlılarını cəlb edir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Ukrayna Suriyadakı “Həyat Təhrir əl-Şam” yaraqlılarını Rusiyaya qarşı əməliyyatlara cəlb etmək üçün onlarla danışıqlar aparıb.

Kiyevin məqsədi “Həyat Təhrir əl-Şam” həbsxanasında saxlanılan radikal çeçen silahlıları azad etməkdir.

Mənbənin məlumatına görə, Ukrayna nümayəndə heyətinin təşkilat rəhbərləri ilə görüşü 2024-cü il iyunun 18-də baş tutub.

Qeyd olunur ki, çeçen silahlıların azad edilməsi müqabilində təşkilata 75 pilotsuz təyyarə təklif olunub.

Məqalədə deyilir: “Kiyev rəsmiləri radikal fiqurları Putin və Kadırova qarşı müharibə aparmaq üçün yenidən təşkil etməyə çalışdıqca, “Həyat Təhrir əl-Şam” Suriya və Rusiya qüvvələrinə hücum etmək üçün geniş hərbi imkanlara malik olacaq”.

Xuraman Etibarlı

İnterpress.az