Rusiya və Türkiyə dəvətlərə baxmayaraq “İrəvan Dialoqu” beynəlxalq forumunda İŞTİRAK ETMİRbackend

Rusiya və Türkiyə dəvətlərə baxmayaraq “İrəvan Dialoqu” beynəlxalq forumunda İŞTİRAK ETMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə dəvətlərə baxmayaraq “İrəvan Dialoqu” beynəlxalq forumunda iştirak etməyib.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Karapetyan deyib. O qeyd edib ki, bütün həmkarlarına dəvətlər göndərilib, heç bir imtina alınmayıb.

İrəvanda işə başlayan “İrəvan dialoqu” beynəlxalq forumu iqlim dəyişikliyi və münaqişələrdən tutmuş texnologiya və səhiyyəyə qədər müxtəlif problemləri müzakirə etmək və həll etmək yollarını tapmaq üçün siyasətçiləri, alimləri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirən yeni platformadır.

Xuraman Etibarlı

İnterpress.az