İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.
İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Bu, onun prezident kimi ilk xarici səfəridir.