Bu gecə Ukrayna ordusunun Qara dənizdə Rusiyaya məxsus “Krım-2” qazma qurğusunu ələ keçirmək cəhdinin qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, qülləni ələ keçirmək üçün Ukrayna hərbi kəşfiyyatı Amerikanın 14 katerdən ibarət “Willard Sea Force” amfibiya hücum qüvvələrini göndəibi.
“Döyüş zamanı Qara Dəniz Donanması və Rusiya hərbçiləri 8 dəniz gəmisini batırıb və 80-ə qədər ukraynalı hərbçini öldürüb.
Daha 6 Ukrayna kateri suda qalan yaralı ukraynalı hərbçiləri götürməyə belə cəhd etmədən geri çəkilib”, – Rusiya Müdafiə Nazirliyi bildirib.
Xuraman Etibarlı
İnterpress.az