Hindistanın qərbində naməlum xəstəliyin baş verməsi artıq 15 nəfərin ölümünə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Naməlum qızdırmadan ölənlərin sayı artmaqda davam edir və səlahiyyətlilər hələlik ölümün dəqiq səbəbini müəyyənləşdirə bilməyiblər.
İndiyədək aparılan testlər H1N1 qrip virusu, donuz qripi, Krım-Konqo hemorragik qızdırması, malyariya və dang qızdırması ehtimalını istisna edir.
Səbəbini dəqiq müəyyən etmək üçün mərhumdan götürülən analizlər Milli Virusologiya İnstitutuna göndərilib.
Xuraman Etibarlı
İnterpress.az