Keçmiş MKİ zabiti Çinin xeyrinə casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Çin hökumətinə casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
71 yaşlı Aleksandr Yuk Çinq Ma 2020-ci ilin avqustunda gizli FTB agentinə Amerika sirlərini Çinə satdığını etiraf etdikdən sonra həbs edilib.
Honq-Konqda doğulmuş ABŞ vətəndaşı olan Ma 1982-ci ildən 1989-cu ilə qədər MKİ-də işləyib.
Daha sonra FTB-də işə gedib. Onun etirafına dair razılaşmada deyilir ki, o, “ömrü boyu ABŞ hökumət qurumları tərəfindən aparılan müsahibələrdə iştirak etməklə” prokurorlarla əməkdaşlıq etməlidir.
Xuraman Etibarlı
İnterpress.az