Ukrayna və Rusiya 49-un 49-a əsir mübadiləsi aparıb.
İnterpress.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
Sentyabrın 13-də Ukrayna və Rusiya arasında 49-un 49-a daha bir məhbus mübadiləsi baş verib. Onların arasında Azovstalın müdafiəçiləri də var.
“Bunlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Milli Polisin, Dövlət Sərhəd Xidmətinin əsgərləri, eləcə də mülki vətəndaşlarımızdır”, – Zelenski qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az