Mirzoyan: İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdırbackend

Mirzoyan: İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirzoyan Ermənistanın sülh gündəliyinə sadiq olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurne ilə brifinqdə qeyd edib.

“Biz Azərbaycana sülh müqaviləsi ilə bağlı tam razılaşdırılmış mətndən ibarət növbəti redaksiya təkliflərini çatdırdıq. Fransanın bu prosesdə dəstəyini qeyd etmək istərdim”, – Mirzoyan deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla Alma-Ata Bəyannaməsi əsasında iki ölkənin Sovet İttifaqı dağılan zaman olan ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamağa hazırdır.

Xuraman Etibarlı

İnterpress.az