Trampa ikinci sui-qəsd cəhdində saxlanılan şəxsə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ – FOTObackend

Trampa ikinci sui-qəsd cəhdində saxlanılan şəxsə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürüb.

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, ABŞ məhkəməsi Trampın həyatına ikinci cəhddə şübhəli bilinən Rayan Uesli Ruta qarşı ittiham irəli sürüb.

Məlumata görə, şübhəli şəxs odlu silahla bağlı iki maddə ilə ittiham olunub.

Bu arada Tramp deyib ki, Bayden və Harrisin həyatına ikinci cəhdə görə məsuliyyət daşıyırlar.

“O, yəni Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs Bayden və Harrisin sözlərinə inanıb və onlara uyğun hərəkət edib”, – Tramp deyib.

Xuraman Etibarlı

İnterpress.az