Fransa, Türkiyə və Qətər Livanı İsraillə sərhəddəki vəziyyəti həll etmək üçün “Hizbullah”a təzyiq göstərməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Fransa diplomatları Livan hökumətinə müraciət edərək, İsraillə sərhəddəki vəziyyəti həll etmək üçün “Hizbullah”a təzyiq göstərməyi xahiş ediblər.
O da qeyd olunur ki, sentyabrın 24-də Türkiyə və Qətərin xüsusi xidmətlərindən ibarət nümayəndə heyəti Livana gələcək ki, bu da “Hizbullah”a təsir etmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az