Telegram platformanın qaydalarını pozan istifadəçilərin İP ünvanlarını və telefon nömrələrini təhlükəsizlik qüvvələrinə verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Telegramın təsisçisi Pavel Durov bildirib.
Durov deyib ki, Telegram təhlükəsizlik qüvvələrinə platformanın qaydalarını pozan istifadəçilərin İP ünvanlarını və telefon nömrələrini verməyə başlayacaq.
Onun sözlərinə görə, tədbirlər cinayətkarların qarşısını almalıdır.
O, əlavə edib ki, messencerin “güclü” axtarışı insanlara qeyri-qanuni malların satışı üçün kanallar tapmağa imkan verib. Baxmayaraq ki, bu, yalnız dostlar və xəbərlər tapmaq məqsədi daşıyırdı.
Xuraman Etibarlı
İnterpress.az